Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə qısamüddətli öhdəlikləri illik müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda 12 sığorta şirkətinin uzunmüddətli öhdəlikləri artıb
FED.az xəbər verir ki, bunlar “Günay Sığorta”, “Xalq Sığorta”, “Atasığorta”, “Bakı Sığorta” və “Xalq Həyat Sığorta” ASC-lərdir.
Ən çox azalma “Xalq Həyat Sığorta”da (100%), ən az azalma isə “Günay Sığorta”da (1,8%) qeydə alınıb.
Qalan 13 sığorta şirkətinin isə qısamüddətli öhdəlikləri artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta”da (77,7 dəfə), ən aşağı dinamika isə “Atəşgah Sığorta”da (1%) qeydə alınıb.
5 sığorta şirkətinin qısamüddətli öhdəlikləri 2 milyon manatdan çoxdur
Azərbaycanda 5 sığorta şirkətinin qısamüddətli öhdəlikləri 2 milyon manatdan çoxdur
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə qısamüddətli öhdəlikləri 2 milyon manatdan çox olub.
Bunlar “PAŞA Həyat Sığorta” (52,58 milyon manat), “PAŞA Sığorta” (14,603 milyon manat), “Qala Sığorta” (14,576 milyon manat), “Atəşgah Həyat Sığorta” (2,705 milyon manat) və “Atəşgah Sığorta” (2,104 milyon manat) ASC-lərdir.
Qalan 14 sığorta şirkətindən 4-nün qısamüddətli öhdəlikləri 1-2 milyon manat arasında, 10 şirkətin qısamüddətli öhdəlikləri isə 1 milyon manatdan azdır. (Renkinq)