Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 6-nın bu il yanvarın 1-nə uzunmüddətli öhdəlikləri illik müqayisədə az olub.
Azərbaycanda sığorta sinifləri üzrə - ÖDƏNİŞ VƏ YIĞIMLAR - (YANVAR,FEVRAL,2021)
FED.az xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta”, “Xalq Sığorta”, “Atəşgah Sığorta”, “Atəşgah Həyat Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.
Ən çox azalma “İpək Yolu Sığorta”da (75,8%), ən az azalma isə “PAŞA Həyat Sığorta”da (13,6%) qeydə alınıb.
Qalan 12 sığorta şirkətinin isə uzunmüddətli öhdəlikləri artıb. Ən yüksək dinamika “Xalq Həyat Sığorta”da (3,7 dəfə), ən aşağı dinamika isə “Qala Həyat Sığorta”da (3,2%) qeydə alınıb.
4 sığorta şirkətinin uzunmüddətli öhdəlikləri 35 milyon manatdan çoxdur
Azərbaycanda 4 sığorta şirkətinin uzunmüddətli öhdəlikləri 35 milyon manatdan çoxdur
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 3-nün bu il yanvarın 1-nə uzunmüddətli öhdəlikləri 50 milyon manatdan çox olub.
Bunlar “PAŞA Həyat Sığorta” (275 milyon 222 min manat), “PAŞA Sığorta” (132,3 milyon manat), “Atəşgah Həyat Sığorta” (47 milyon 535 min manat) ASC-lər, eləcə də Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”, 35 milyon 449 min manat).
Qalan 15 sığorta şirkətindən 9-nun uzunmüddətli öhdəlikləri 10-30 milyon manat arasında, 6 şirkətin uzunmüddətli öhdəlikləri isə 7 milyon manatdan azdır.(marja)