Bu ilin yanvar-fevral aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri azalıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət yanvarda 38 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,1 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri ötən 2 ayda 3,371 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,4% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət Dövlət Sığorta Kommersiya Şirkətindədir ("Azərsığorta"). Bu şirkət 2 ay ərzində 1,939 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 8,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Qala Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 89,7% azalaraq 471 min manata düşüb.
Eləcə də bax: “PAŞA Sığorta”dan “Meqa Sığorta”ya transfer