“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzv olub.
Eləcə də bax: AMB: Ölkədə sığorta sektorunun səviyyəsi potensialından - İKİ DƏFƏ AŞAĞIDIR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, ASA-dan verilən məlumata görə, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC tərəfindən Assosiasiyaya üzvlüklə bağlı rəsmi müraciət daxil olub.
Bildirilir ki, müvafiq müraciətə Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının 2021-ci ilin yekunlarına həsr olunmuş toplantısında baxılaraq, şirkətin ASA-ya üzv olması ilə bağlı qərar qəbul edilib.
Bununla da ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvü oldu və ASA-nın üzvlərinin sayı 21-ə çatdı.
Qeyd edək ki, hazırda Azərbaycanda 14 qeyri-həyat, 5 həyat, 1 aqrar və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.