Adambaşına düşən gəlirin Azərbaycanla eyni səviyyədə olan ölkələr ilə müqayisə etsək, Azərbaycanda sığorta sektorunun inkişaf səviyyəsi oz potensialından ən azı iki dəfə aşağıdır.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-DEKABR, 2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev deyib.
Onun sözlərinə görə, bu qənaətə AMB və Dünya Bankının mütəxəssisləri FSAP (Financial Sector Assessment Program - Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı) çərçvisəndə apardığı araşdırmalar nəticəsində gəliblər.
Onun sözlərinə görə, Azərbaycanda ən güclü inkişaf potensialına malik sığorta sinif - əmlak sığortası və onun növləridir: "Azərbaycanda 1,2 milyon istismarda olan avtomobilvar və bunların əmlak sığortasına malik olanının sayı cəmi 36 mindir, yəni 3%-nin əmlak sığortası var".
Z. Əliyev qeyd edib ki, Azərbaycanda rəsmi 1 milyondan çox yaşayış obyekti var və onların sığorta olunan hissəsi cəmi 100 minə yaxındır. Eyni zamanda biznes obyektlərinə də toxunan AMB-nin rəsmisi əlavə edib ki, burada da sığortalanma səviyyəsi aşağıdır və təxminən 30%-ə bərabərdir.
Xatırladaq ki, ötən il Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin xətti ilə 843,897 mln. manat məbləğində sığorta haqqı toplanılıb və 458,726 mln. manat həcmində ödəniş olunub. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,8% çoxdur və 1,4% azdır. Sektor üzrə ümumi zərərlilik nisbəti 54,36% təşkil edib.
Könüllü əmlak sığortası üzrə ötən il şirkətlər 158,632 mln. manat haqq toplayıb və 24,180 mln. manat ödəniş həyata keçirib. Daşınmaz əmlakın icbari sığortası üzrə isə 62,502 mln. manat şirkətlər tərəfindən toplanıb və 1,919 mln. ödənib.