“Azərbaycan Sənaye Sığorta” ASC 2025-ci il ərzində 33 milyon 190 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən illə müqayisədə 8 milyon 247 min manat və ya 33,1% artım deməkdir.
Qeyd edək ki, 2024-cü ildə şirkət 24 milyon 943 min manat sığorta haqqı toplamışdı.
Ödənişlər də 1 milyon 44 min manat (8,6%) artaraq 13 milyon 143 min manat olub. Ötən il ödənişlər 12 milyon 99 min manat olmuşdu.












