“Qala Sığorta” ASC 2025-ci il ərzində 78 milyon 940 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 411 min manat və ya 0,5% azalma deməkdir.
Bu dövrdə ödənişlər isə 9 milyon 716 min manat (56%) artaraq 27 milyon 67 min manat olub.
Ötən il ödənişlər 17 milyon 351 min manat olmuşdu.
Şirkətin zərərlilik göstəricisi 34,3% təşkil edib. Ötən il bu göstərici 21,9% olub.












