“Azərbaycan Sənaye Sığorta” ilk 9 ayda 24 milyon 760 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları illik müqayisədə 5 milyon 532 min manat (28,8%) artıb. Ötən il yığımlar 19 milyon 228 min manat idi. Ödənişlər də 1 milyon 812 min manat (25,2%) artaraq 9 milyon 11 min manat olub. Ötən il ödənişlər 7 milyon 199 min manat olmuşdu.














