Azərbaycanın sığorta bazarının aparıcı iştirakçılarından olan «Azərbaycan Sənaye Sığorta» 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ötən ili 3 milyon 586 min manat xalis mənfəətlə başa vurub. Lakin 2022-ci ildə 2 milyon 476 min manata yaxın zərər idi. Göründüyü kimi son bir il ərzində yüksək fərqlə sığorta şirkəti zərərdən mənfəətə keçib.
Bu dövrdə şirkət 280 min manata yaxın mənfəət vergisi ödəyib. Əvvəlki il isə mənfəət vergisi ödənişi olmayıb.
2023-cü ildə “Azərbaycan Sənaye Sığorta”nın əsas əməliyyat gəlirləri 43 milyon 587 min manat, birbaşa sığorta üzrə sığorta haqları 20 milyon 218 min manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 23 milyon 208 min manat, təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər 152 min manat, investisiya gəlirləri 1 milyon 184 min manat, subroqasiya gəlirləri 272 min manat, sair gəlirlər 1 milyon 475 min manat, cəmi gəlirləri isə 45 milyon 827 min manat olub.
Əvvəlki illə müqayisədə əsas əməliyyat gəlirləri 28 milyon 834 min manat (2,9 dəfə), birbaşa sığorta üzrə sığorta haqları 5 milyon 735 min manat (40%), sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 23 milyon 177 min manat (748 dəfə), investisiya gəlirləri 244 min manat (20%), subroqasiya gəlirləri 136 min manat (2 dəfə), sair gəlirlər 1 milyon 281 min manat (7,6 dəfə), cəmi gəlirləri isə 35 milyon 776 min manat (4,6 dəfə) artıb.
Bu dövrdə əsas əməliyyat xərcləri 36 milyon 5 min manat, sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 32 milyon 378 min manat, qaytarılan sığorta haqları üzrə xərclər 184 min manat, tənzimləmə xərcləri 231 min manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 2 milyon 856 min manat, qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə xərclər 110 min manat, sığorta fəaliyyəti üzrə xərclər 246 min manat, işlərin aparılması xərcləri 5 milyon 957 min manat, cəmi xərcləri isə 41 milyon 961 min manat təşkil edib.
İllik müqayisədə əsas əməliyyat xərcləri 28 milyon 433 min manat (4,8 dəfə), sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 27 milyon 482 min manat (6,7 dəfə), qaytarılan sığorta haqları üzrə xərclər 52 min manat (39%), tənzimləmə xərcləri 183 min manat (4,8 dəfə), təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 428 min manat (18%), qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə xərclər 41 min manat (59%), işlərin aparılması xərcləri 1 milyon 10 min manat (20%), cəmi xərcləri isə 29 milyon 434 min manat (3,4 dəfə) artıb.
Hesabat dövründə sığorta şirkətinin maliyyə mənfəəti 3 milyon 866 min manat təşkil edib.
“Azərbaycan Sənaye Sığorta” şirkəti 2023-cü ildə 27 milyon 166 min manat aktivlərə, 15 milyon 47 min manat öhdəliklərə malik olub.
Bu dövrdə şirkətin cəmi kapitalı 3 milyon 586 min manat və ya 42% artaraq 12 milyon 118.4 min manata yüksəlib.