“İpək Yolu Sığorta” ASC 2023-cü ili üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ötən ili 669 min manatla başa vurub.
Hesabat dövründə şirkət 167 min manat mənfəət vergisi ödəyib.
“İpək Yolu Sığorta” ASC-nin əsas əməliyyat gəlirləri 17 milyon 34 min manat, investisiya gəlirləri 526 min manat, subroqasiya gəlirləri 2,5 min manat, sair gəlirləri 2 milyon 119 min manat, cəmi gəlirləri isə 19 milyon 845 min manat təşkil edib.
İnvestisiya gəlirləri bir il əvvələ nisbətən 58 min manat və ya 12%, sair gəlirləri isə 2,1 milyon manata kimi artıb.
Sığorta şirkətinin əməliyyat xərcləri 17 milyon 184 min manat, sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 620 min manat, qaytarılan sığorta haqları üzrə xərclər 2 milyon 88 min manat, tənzimləmə xərcləri 7,3 min manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 14 milyon 282 min manat, qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə xərclər 13,5 min manat, sığorta fəaliyyəti üzrə sair xərclər 174 min manat, işlərin aparılması xərcləri 1 milyon 824 min manat, sair xərclər, cəmi xərcləri isə 19 milyon 9 min manat təşkil edib.
İllik müqayisədə sığorta ödənişləri üzrə xərclər 436 min manat və ya 3,4 dəfə, işlərin aparılması xərcləri isə 102 min manat və ya 6% artıb.
Ötən il “İpək Yolu Sığorta” 31 milyon 791 min manat aktivlərə malik olub.
Şirkətin öhdəlikləri 16 milyon 318 min manat, balans kapitalı isə 15 milyon 472 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəətin həcmi 79 min manat və ya 11% artaraq 781 min manata yüksəlib.