Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 87,8 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 29,5 milyon ABŞ dolları və ya 50,6% çoxdur.
Ötən ilin yanvar-avqust aylarında Azərbaycan 58,3 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.