Azərbaycanda əhali, xüsusilə də aztəminatlı, gəlirləri az olan vətəndaşlar üçün mühüm yeniliyə cəmi 100 gün qalıb.
FED.az xəbər verir ki, 2020-ci ildən etibarən ölkənin bütün ərazisində İcbari Tibbi Sığorta başlayır. İndiyədək bu xidmət Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında tətbiq edilirdi. Yanvarın 1-dən etibarən isə bu üstünlükdən bütün ölkə əhalisi faydalanacaq.
Eləcə də bax: «iPhone11»lərin Azərbaycandakı - QİYMƏTLƏRİ AÇIQLANDI - 5000 AZN-Ə ÇATIR- SİYAHI
İcbari tibbi sığorta - tibbi xidmətlərin faktiki olaraq pulsuz olması deməkdir. İndiki kimi, formal şəkildə deyil, doğrudan da, keyfiyyətli tibbi xidmət formasında – müayinələr, müalicələr, əməliyyatlar və sair.
Bu yenilik çərçivəsində icbari sığortası olan istənilən vətəndaş istənilən dövlət xəstəxanası və ya İcbari Tibbi Sığorta Agentliyi ilə müqaviləsi olan özəl müəssisələrdə xidmət alacaq.
Bura 1900-ə yaxın tibbi xidmət – analizlər, müayinələr, müalicə hərəkətləri, cərrahiyyə əməliyyatları və sair aiddir. Bu siyahı indi yenilənməkdədir.
Bəzi xəstəliklər icbari tibbi sığorta paketinə daxil deyil – onkologiya, şəkər xəstələri, talassemiya və sair. Onlar bu paketə gələcəkdə daxil edilə bilər. Eləcə də ambulator müalicə zamanı dərmanlar paketə aid deyil. Dərmanların tədricən paketə daxil edilməsi nəzərdə tutulur. Əvəzində bütün əməliyyatlar, o cümlədən bahalı ürək əməliyyatları bura aid olacaq.
Əgər xəstəyə baxmaq üçün dövlət xəstəxanalarında lazımi avadanlıq və ya həkim yoxdursa, xəstə İcbari Sığortanın hesabına tamamilə pulsuz olaraq özəl xəstənada müayinə və əməliyyat olunacaq.
Yeri gəlmişkən, icbari tibbi sığortanın tətbiq edildiyi Mingəçevir, Yevlax və Ağdaşda yüzlərlə uşaq ürəyindən pulsuz əməliyyat edilib.
Vətəndaşların müalicə və müayinə xərcəri onların üz tutduğu xəstəxanalara ödəniləcək, onlara baxan həkimlər isə əlavə bonus alacaqlar. Başqa sözlə yaxşı xidmət göstərən xəstəxanalar və həkimlr daha çox pul qazanacaqlar.
Ötən il süni mayalanma da icbari tibbi sığortaya aid edildi. İcbari tibbi sığortada bir vətəndaş üçüe müalicə xərclərində limit olmayacaq – vətəndaşa tələb olunan qədər müalicə və əməliyyat olunacaq.
İcbari tibbi sığortanın gətirdiyi digər yenilik - ailə həkimlərinin fəaliyyətə başlaması olacaq. Bunlar indiki sahə həkimləri kimi işləyəcək. Xəstələr birinci dəfə onlara müalicə etməlidir. Xəstələr onların göndərişi ilə tibbi müəssisələrə müraciət edə biləcək. Onların göndərişi olmadan birbaşa xəstəxanaya müraciət etmək üçün əlavə ödəniş nəzərdə tutulacaq.
Bəs icbari tibbi sığortanın pulunu kim verəcək?
İcbari tibbi sığorta üçün xərcləri iki mənbədən gələcək – əhalinin ödədiyi sığorta haqları, və dövlət büdcəsi.
Əhali sığorta haqqını özü ödəyəcək. Əmək müqaviləsi ilə işləyənlər üçün maaşdan 4% tutulacaq - 2% işçidən + 2% işəgötürəndən olmaqla. Sahibkarlar və digər şəxslər isə ayda 10 manatdan olmaqla ildə 120 manat icbari sığorta haqqı ödəyəcəklər.
Amma yaşı 18-ə dən uşaqların, təhsil alırlarsa 23-ə çatanların, eləcə də, pensiyaçıların və hamilə qadınların, aztəminatlıların sığorta haqqını dövlət ödəyəcək.
İkincisi mənbə isə dövlət büdcəsidir - 2020-ci ilin büdcəsində bunun üçün 902 milyon manat ayrılacaq.
İcbari Tibbi Sığortanın tətbəqindən sonra ölkədəki bütün müalicə müəssisələri, xəstəxana, klinika və poliklinikalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq yeni yaradılmış TƏBİB təşkilatına veriləcək. Amma həkimlərin sertifikatlaşması ilə yenə də nazirlik məşğul olacaq.
Gələn ilin əvvəlinədək bütün xəstəxanadarda vətəndaşların xəstəlik tarixçələri elektron şəkildə olacaq. Bu da onların rahat qəbulu və müalicəsinə imkan verməlidir.