2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının kredit portfeli 22 459,7 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 988,9 milyon manat və ya 15,4% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə bankların kredit portfeli 19 470,8 milyon manat həcmində olub.
Müştərilərə verilmiş kreditlərin 4 424,2 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib. Bu vəsaitlər də illik müqayisədə 128,1 milyon manat (3%) atıb.
Belə ki, ötən ilin eyni dövründə xarici valyutada olan vəsaitlərin həcmi 4 296,1 milyon manat təşkil edib.