2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının aktivləri 46 146,4 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1485,7 milyon manat və ya 3,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə aktivlər 43 633,4 milyon manat həcmində olub.
Akitvərin 15 136,4 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib. Bu vəsaitlər də illik müqayisədə 2 638,2 milyon manat (14,8%) azalıb.
Belə ki, ötən ilin eyni dövründə xarici valyutada olan vəsaitlərin həcmi 17 774,6 milyon manat təşkil edib.