Bu gün “Qala Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Azər Əlizadənin ad günüdür.
19 dekabrda A.Əlizadənin 39 yaşı tamam olur.
Eləcə də bax: Fuad Sadıqov üçün - ÖZƏL GÜN
Qeyd edək ki, A.Əlizadə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur və maliyyə sektotunda 15 ildən çox təcrübəyə malikdir. O, Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış maliyyə qurumlarında, o cümlədən bank və sığorta təşkilatlarında satış menceri, texniki xidmətlər üzrə direktor müavini, əməliyyat departamentində məsul şəxsi, satış departmentinin direktoru və İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən vəzifəsinədək yüksəlib.
Eləcə də bax: Amil Cəlilov üçün - ÖZƏL GÜN
A.Əlizadə “Qala Həyat” ailəsinə 2012-ci ildən satış departametinin baş mütəxəssisi kimi qoşulub. Daha sonra satış departamentinin direktoru, eyni zamanda İdarə Heyətinin üzvü olub. A.Əlizadə öz peşəkar və məsuliyyətli fəaliyyətinin nəticəsi olaraq, 2016-ci ilin oktyabr ayında “Qala Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyinat alıb. FED.az komandası olaraq, Azər müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayırıq.