Bu gün Azərbaycan sığorta bazarının satış üzrə tanınmış menecerlərindən olan “Qala Həyat Sığorta” ASC-nin Satış Departamentinin direktoru Amil Cəlilovun ad günüdür. Belə ki, 05 noyabr A.Cəlilovun 38 yaşı tamam olur. Qeyd edək ki, A.Cəlilov biznesin təşkili və idarəedilməsi ixtisası üzrə ali təhsil alıb. A.Cəlilov Azərbaycan sığorta bazarında satış üzrə peşəkar sığortaçı kimi tanınır və maliyyə sektotunda 10 ildən çox təcrübəyə malikdir.
Eləcə də bax:“Qala Həyat”ın əməkdaşına - NAZİRLİKDƏ VƏZİFƏ VERİLDİ
O, Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış şirkətlərdə peşəkar satış mütəxəssisi, baş mütəxəssis, koordinator, şöbə müdiri və departament direktoru vəzifəsinədək yüksəlib. A.Cəlilov öz peşəkar və məsuliyyətli fəaliyyətinin nəticəsi olaraq, 2018-ci ilin may ayında “Qala Həyat Sığorta” şirkətinin Satış Departamentinin direktoru vəzifəsinə təyinat alıb. Bu gün, şirkətin sığorta bazarındakı dinamik inkişafında onun rolu böyükdür.
FED.az komandası olaraq, Amil müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayırıq.