Avtomobil sahiblərinin icbari sığortası üzrə illərdir tətbiq olunan “bonus-malus” sistemi ləğv edilir.
AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Mərkəzi Bankının qərarına əsasən, bundan sonra sığorta haqqının hesablanmasında sürücünün sığorta tarixçəsi əsas götürüləcək.
Yeni qaydaya görə, müəyyən edilən sığorta tarixçəsi əmsalı 0,6-dan az, 3-dən isə çox ola bilməz. Bu isə sürücülərin qəza tarixçəsinə uyğun olaraq daha aşağı və ya daha yüksək sığorta haqqı ödəməsi deməkdir.
Bundan başqa, yeni qərara əsasən, əvvəllər avtomobil satıldıqdan sonra qəza baş verəndə müqavilə kimin adına idisə, onun sığorta tarixçəsi korlanırdı. Ekspert Vüsal Bədəlovun sözlərinə görə, yeni qərar bu çatışmazlığı aradan qaldıracaq.
Vüsal Bədəlov onu da əlavə edib ki, yeni qaydalara əsasən, bonus-malus sistemi artıq hüquqi şəxslərə tətbiq olunmayacaq. Bu, sığorta haqqının hesablanmasında daha şəffaflıq yaradacaq və risklərin dəqiq qiymətləndirilməsinə imkan verəcək.
Dəyişikliklər iki aydan sonra qüvvəyə minəcək.















