Azərbaycan Mərkəzi Bankı taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb.
Sərnişindaşımada istifadə olunan avtomobillərə dair tələblər dəyişəcək - 3 AY VAXT VERİLDİ - SƏRƏNCAM
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov bu gün keçirilən mətbuat konfransında taksilərin icbari sığortası üzrə əmsalın 50% artırılmasının bu nəqliyyat vasitələrinin zərərliliyinin yüksək olması ilə bağlı olduğunu bildirib.
Qeyd edilib ki, 2025-ci il üzrə icbari avtosığorta üzrə zərərlilik 74%-dən 85%-ə yüksəlib. Yəni, zərərlilik 11% artıb. Bu da əsas taksi fəaliyyəti ilə bağlıdır.
“Digər seqmentlərdən fərqli olaraq taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin qət etdiyi məsafə yüksəkdir. Yəni qəza etmək sıxılığı yüksəkdir. Bununla belə, əmsalların artırılması zərərliliyi müəyyən qədər kompensasiya edir, tam qarşılamır”- Vüsal Qurbanov əlavə edib. (Apa)















