Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 32 milyon 548 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 20,5 min manat və ya 22,7% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 26 milyon 527,5 min manat təşkil edib.