Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 46 milyon 963,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 16,1 min manat və ya 23,8% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 37 milyon 947,4 min manat təşkil edib.