Azərbaycanda yanvar-iyun ayları üzrə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 27 milyon 390 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 9 min manat və ya 22% çoxdur.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 22 milyon 381 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 9 milyon 890 min manat təşkil edib ki, bu da illik müqayisədə 964 min manat və ya 11% çoxdur.
Əvvəlki ilin eyni dövründə 8 milyon 927 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 36% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 40% təşkil edib.