Azərbaycanda yanvar-oktyabr ayları üzrə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 50 milyon 698 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 234 min manat və ya 19% çoxdur.
2023-cü ilin yanvar-oktyabr aylarında bu göstərici 42 milyon 464 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 18 milyon 379 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 913 min manat və ya 12% çoxdur.
Əvvəlki ilin eyni dövründə 16 milyon 466 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 36% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 39% təşkil edib.