Azərbaycanda yanvar-sentyabr ayları üzrə könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 96 milyon 908 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 702 min manat və ya 4% azdır.
Ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 99 milyon 800 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 70 milyon 761 min manat təşkil edib ki, bu da illik müqayisədə 15 milyon 219 min manat və ya 27% çoxdur.
Ötən ilin eyni dövründə 55 milyon 542 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 74% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 18% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 56% təşkil edib.