Azərbaycanda yanvar-sentyabr ayları üzrə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 44 milyon 636 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 818 min manat və ya 18% çoxdur.
2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 37 milyon 819 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 15 milyon 615 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 609 min manat və ya 11% çoxdur.
Əvvəlki ilin eyni dövründə 14 milyon 7 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 35% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 37% təşkil edib.