Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 24 milyon 493 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 36 min manat və ya 4% çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 23 milyon 458 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 16 milyon 730 min manat təşkil edib ki, bu da illik müqayisədə 457 min manat və ya 3% azdır.
Əvvəlki ilin eyni dövründə 17 milyon 206 min manat sığorta ödənişləri edilmişdi.