Azərbayanda avtomobilin icbari sığortası üzrə zərərlilik göstəricisi artmaqdadır.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, yanvar ayının nəticələrinə görə, avtomobillərin icbari sığortası (rəsmi adı - avtomobil sahiblərinin üçüncü şəxs qarşısında məsuliyyətinin icbari sığortası) üzrə yığımlar 6 milyon 511,3 milyon manat, ödənişlər isə 5 milyon 432 min manat təşkil edib.
Eləcə də bax: «Atasığorta»da böyük zərər – HESABAT AÇIQLANDI
Ötən ilin yavnarı ilə müqayisədə yığımlar 18,1%, ödənişlər isə 34% artıb. Nəticədə icbari sığorta üzrə zərərlilik göstəriciləri 83% təşkil edib. Yəni sığorta şirkətləri sığorta haqqı kimi toplanan hər 100 manata görə 83 manat ödəniş ediblər.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu sığorta növü üzrə yığmlar 5 mln 513,5 min manat, ödənişlər isə 4 mln 54,2 min manat, yəni zərərlilik göstəricisi 73% təşkil edib.