«Atasığorta» ASC 2018-ci ili böyük zərərlə başa vurub. FED.az xəbər verir ki, şirkətin açıqlanan hesabatına əsasən, 2018-ci ildə «Atasığorta»nın əsas əməliyyat gəlirləri 22 milyon 601,6 min manat təşkil edib.
Bundan 22 166,2 min manatı sığorta haqları, 293,5 min manatı təkrra sığorta haqları olub. Ötən il şirkətin investisiya gəlirləri 2 milyon 495,3 min manat təşkil edib. Subroqasiya gəlirləri 143,6 min manat, sair gəlirləri 247,9 min manat təşkil edib.
2018-ci ildə «Atasığorta» xalis sığorta ehtiyatları üçün 7 milyon 492 min manat ayırıb. Nəticədə ötən il «Atasığorta»nın cəmi gəlirləri 17 milyon 996 min 647 manat təşkil edib.
2018-ci ildə «Atasığorta»nın əsas əməliyyat xərcləri 12 milyon 256,7 min manat təşkil edib. Bunun 10 milyon 608 min manatı sığorta ödənişləri, 330,8 min manatı qaytarılan sığorta haqları, 29,8 min manatı tənzimləmə xərcləri, 1 milyon 105,6 min manatı təkrar sığortaya ödənilən sığorta haqları olub.
Eləcə də bax: Banklara limit qoymaqdansa, onlar arasında ayrı-seçkilik ləğv olunmalıdır - EKSPERT
Ötən il «Atasığorta»nın inzibati xərcləri 12 505 min manat, sair xərcləri 241 min manat təşkil edib.
Nəticədə 2018-ci ildə «Atasığorta»nın cəmi xərcləri 25 milyon manat olub.
7 milyon 6,2 min manat maliyyə zərərini və 70,3 min manat mənfəət vergisini nəzərə aldıqda, «Atasığorta» ASC 2018-c ili 7 milyn 76,6 min manat zərərlə başa vurub.
Ötən il «Atasığorta»nın aktivləri 4,3% azalaraq 29,7 milyon manatdan, 28,4 milyoqn manata düşüb. Şirkətin nizamamə kapitalı 18% artaraq 12,4 milyon manatdan 14,6 milyon manata yüksəlib.
Cəmi kapitalı isə kəskin azalaraq 16,5 milyon manatdan 9,1 milyon manata düşüb. Azalma təqribən 45% təşkil edib.
2018-ci ilin nəticələrinə görə, «Atasığorta»nın öhdəlikləri də kəskin artıb. Belə ki, şirkətin öhdəlikləri 13 milyon 183,7 min manatdan 19 milyon 310,6 min manata yüksəlib.
Başqa sözlə, hazırda «Atasığorta»nın öhdəlikləri aktivlərini üstələyir.