2023-cü ilin 1 yanvar-27 aprel tarixləri ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 210 mindən çox elektron müqavilə bağlanıb.
Avtomobillərin icbari sığortası üzrə zərər azalıb – AMMA VƏZİYYƏT TEZLİKLƏ DƏYİŞƏCƏK
FED.az xəbər verir ki, bunu Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.
Onun sözlərinə görə, hər ay bağlanan müqavilərin sayı təqribən 70 min olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-mart ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası seqmentində yığımlar il ərzində 64,33 faiz artaraq 35,667 milyon manata çatıb.
Bütünlükdə Azərbaycanda sığorta şirkətləri 221,067 milyon manatdan yuxarı məbləğdə sığorta pulu toplayıblar, ödənişlər isə 70,514 milyon manat olub. (Trend)