Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, bu ilin yanvar-iyun ayları ərzində bu növ sığorta üzrə zərərlilik göstəricisi 76% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 84 milyon 301 min manat toplanıb, 64 milyon 229 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% artıqdır.
Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında bu göstərici 73% idi. Ümumilikdə bu sığrota növü üzrə 79 milyon 641 min manat sığorta haqqı toplanmış və 57 milyon 861 min manatı ödənişlərə yönəldilmişdi.