Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın aylıq hesabatına istiandən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 84 milyon 301 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 660 min manat və ya 6% çoxdur.
2024-cü ilin yanvar-iyun aylarında bu göstərici 79 milyon 641 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 64 milyon 229 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 milyon 368 min manat və ya 11% çoxdur.
Əvvəlki ilin eyni dövründə 57 milyon 861 min manat sığorta ödənişləri edilmişdi.