Mərkəzi Bank tərəfindən may ayının sonunadək əldə edilmiş məlumatlar əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “şikayət indeksi” açıqlanıb.
Yeni əmsallar vəziyyəti dəyişdi: icbari avtomobil sığortasında - YIĞIMLAR 60% ARTDI
FED.az xəbər verir ki, iİdeksə görə, "Naxçıvansığorta", “Paşa Sığorta”, "Qala Sığorta", "Meqa Sığorta" və “Azәrsığorta” xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğu şirkətlərdir.
"AzSığorta" ASC, “Atəşgah Sığorta”, “İpək Yolu Sığorta”, "Günay Sığorta" ASC və "A-Qroup Sığorta" isə xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğu şirkətlərdir.
Şikayət indeksinə görə, indeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.
“Şikayət indeksi” ilə bağlı daha ətraflı məlumatı aşağıdakı linkdə əldə etmək olar