Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah" Sığorta Şirkətinin yığımları və ödənişləri artıb.
FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, sığorta şirkətinin cari ilin yanvar ayı ərzində topladığı sığorta haqlarının həcmini 4,919 mln. manat təşkil edib.
Aparılmış hesablamalara əsasən məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 732 min manat və ya 17% artım müşahidə olunub. 2024-cü ilin yanvar ayında şirkətin satış komandası 4,187 mln. manat sığorta haqqı toplayıb.
Bundan başqa, sözügedən müddət ərzində sığorta şirkətinin ödənişlərində də artım qeydə alınıb. Belə ki, şirkət tərəfindən zərərçəkmiş müştərilərə 2,768 mln. manat həcmində sığorta ödənişi verilib ki, bu da son billə müqayisədə 1,424 mln. manat və ya 2,1 dəfə artım deməkdir.
Hesabat dövründə “Atəşgah" Sığorta Şirkətinin ümumi portfeldə ödənişlərin yığımlara nisbəti 56,3% təşkil edib.
Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti 27 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanıb.