Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər üçün keçirilmiş attestasiyanın nəticələrini açıqlayıb.
FED.az MBNP-a istinadən xəbər verir ki, keçirilmiş attestasiya nəticəsində «Atəşgah» Siğora Şirkəti ASC-in idarə heyətinin üzvləri məlum olub.
Eləcə də bax: Palatanın keçirdiyi imtahanın nəticələri məlum olub
İdarə heyətinin yeni üzvləri Lalə Abdullayeva və Orxan Rzayev olub.
İmtahanın nəticəsinə görə L.Abdullayeva 72 bal, O.Rzayev 71 bal toplayıb.