Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlayıb.
Eləcə də bax: Sığortaçılar üçün attestasiya keçiriləcək
FED.az MBNP-a istinadən xəbər verir ki, 12 və 13 dekabr 2018-ci il tarixlərində sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün attestasiya keçirilib.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 6 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Attestasiyanın nəticələrinə buradan baxa bilərsiniz.
Palatanın keçirdiyi imtahanın nəticələri məlum olub
15:44
19 Dek 2018