Fəaliyyət dönəmi zamanı çoxsaylı yeniliklərə imza atan “Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərindən daha bir yenilik!
Eləcə də bax: “Atəşgah” Sığortadan HƏDİYYƏLİ AKSİYA! Ramazanda kaskolanmaq qazanclıdır!
FED.az xəbər verir ki, Bakının ən böyük aktiv kinoteatrlar şəbəkəsi “CinemaPlus”da artıq “Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinin kino zalları xidmətinizdədir! Ən baxımlı, ən yeni filmləri “Gənclik Mall” istirahət və ticarət mərkəzində yerləşən “Atəşgah” zallarında izləyin!
Günümüzdə kinoteatr vətəndaşların tez-tez üz tutduğu sərfəli istirahət məkanıdır. Kinoteatrlar ucuz, lakin keyfiyyətli əyləncə növüdür. İnsanlar buraya sadəcə kinoya baxmaq üçün yox, reallıqdan, stressli iş həyatından, gündəlik qayğı və problemlərdəm iki saatlıq ayrılmaq üçün gəlirlər. Siz də gərgin iş saatlarından sonra ailəniz və dostlarınızla birgə “Atəşgah” zallarında keyfiyyətli zaman keçirə bilərsiniz.
Qeyd edək ki, yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.