“Atəşgah” Sığorta Şirkəti ASC bu ilin ilk 7 ayı ərzində 37 milyon 84 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 3 milyon 873 min manat, yəni 11,6% artıb. Əvvəlki ilin eyni dövründə şirkətin yığımları 33 milyon 211 min manat olmuşdu.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 22 milyon 877 min manat olub ki, bu da illik müqayisədə 10 milyon 614 min manat və ya 86,5% kimi kəskin artım deməkdir. Ötən ilin eyni dövründə müştərilərə 12 milyon 263 min manat ödəniş edilib.