“Atəşgah Həyat” Sığorta Şirkəti ASC bu ilin ilk 7 ayı ərzində 65 milyon 448 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 14 milyon 356 min manat, başqa sözlə 28,1% artıb. Əvvəlki ilin eyni dövründə “Atəşgah Həyat”-ın yığımları 51 milyon 92 min manat olmuşdu.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 38 milyon 828 min manat olub ki, bu da illik müqayisədə 7 milyon 281 min manat və ya 23,1% artım deməkdir. Ötən ilin eyni dövründə müştərilərə 31 milyon 547 min manat sığorta ödənişi edilib.