FED.az xəbər verir ki, "Bank Respublika" İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Paşa Holdinq" işçi axtarır - VAKANSİYA
Ümumi vəzifə öhdəlikləri:
• DLP sisteminin tətbiqi və idarəedilməsi;
• Baş vermiş insidentlərin araşdırılması və təhlili;
• İnformasiya təhlükəsizliyinə dair prosedurların, siyasətlərin yazılması və test olunması;
• İnformasiya təhlükəsizliyi standartlarının tətbiq olunması və onlara əməl edilməsinə nəzarət.
Namizədə qarşı tələblər:
• Ali təhsil (aidiyyatı sahə üzrə);
• Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla) Rus və İngilis dili (yaxşı);
• Şəbəkə avandanlıqlarının (router, switch, access point, firewall və.s) əsas parametrlərinə dair biliklər;
• DLP sistemlərinin işləmə mexanizmi barədə dərin biliklər;
• Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
• Anti-virus, Anti-Malware sistemləri üzrə biliklər;
• Email təhlükəsizliyi sistemləri üzrə biliklər;
• Monitorinq sistemləri üzrə biliklər;
• İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.