Azərbaycanın aparıcı həyat sığortası şirkətlərindən olan “Atəşgah Həyat Sığorta" Şirkətinin 2024-ci ilin nəticələri ilə bağlı uğurlu maliyyə rəqəmləri açıqlanıb. Şirkətin yığım portfelində və ödənişlərində artım qeydə alınıb.
FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, sığorta şirkətinin ötən ilin yanvar-dekabr ayları ərzində topladığı sığorta haqlarının həcmi 90,939 mln. manat təşkil edib.
Aparılmış hesablamalara əsasən məlum olub ki, əvvəlki ilin (2023) nəticələri ilə müqayisədə 2024-cü ildə şirkətin yığımlarında 19,355 mln. manat və ya 27% artım müşahidə olunub. 2023-ci ilin yanvar-dekabr aylarında şirkətin peşəkar satış komandası 71,584 mln. manat həcmində sığorta haqqı toplamışdı.
Bundan başqa, sözügedən müddət ərzində sığorta şirkətinin ödənişlərində də artım qeydə alınıb. Belə ki, şirkət tərəfindən zərərçəkmiş müştərilərə 53,230 mln. manat həcmində sığorta ödənişi verilib ki, bu da əvvəlki illə müqayisədə 27,5446 mln. manat və ya 2,1 dəfə artım deməkdir.
Hesabat dövründə “Atəşgah Həyat Sığorta" Şirkətinin ümumi portfeldə ödənişlərin yığımlara nisbəti 59% təşkil edib.