Azərbaycanın aparıcı həyat sığortası şirkətlərindən olan “Atəşgah Həyat Sığorta" Şirkətinin 2025-ci ilin yanvar-aprel aylarının nəticələri ilə bağlı uğurlu maliyyə rəqəmləri açıqlanıb. Həmişəki kimi, Şirkətin yığım portfelində və ödənişlərində artım qeydə alınıb.
FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, sığorta şirkətinin cari ilin yanvar-aprel ayları ərzində topladığı sığorta haqlarının həcmi 38,288 mln. manata çatıb.
Məlum olub ki, ötən ilin eyni dövrünün nəticələri ilə müqayisədə şirkətin yığımlarında 5,078 min manat və ya 15% artım müşahidə olunub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında şirkətin peşəkar satış komandası 33,210 mln. manat həcmində sığorta haqqı toplamışdı.
Bundan başqa, sözügedən müddət ərzində sığorta şirkətinin ödənişlərində də artım qeydə alınıb. Belə ki, şirkət tərəfindən zərərçəkmiş müştərilərə 14,282 mln. manat həcmində sığorta ödənişi verilib ki, bu da əvvəlki illə müqayisədə 262 min manat və ya 2% artım deməkdir.
2024-cü ilin yanvar-dekabr aylarında şirkət tərfindən14,020 mln. manat ödəniş edilmişdi.
Hesabat dövründə “Atəşgah Həyat Sığorta" Şirkətinin ümumi portfeldə ödənişlərin yığımlara nisbəti 37% təşkil edib.