Azərbaycanın həyat sığortası bazarının iştirakçılarından olan «Atəşgah Həyat Sığorta» şirkəti 2022-ci ilin nəticələrini açıqlayıb.
«Atəşgah Sığorta» zərərlə işləməyə başlayıb – HESABAT AÇIQLANDI
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə «Atəşgah Həyat Sığorta»nın cəmi gəlirləri 50 milyon 815 min manat, cəmi xərcdəri isə 40 milyon 222 min manat təşkil edib.
Bu dövrdə şirkət sığorta haqları kimi. 53,5 milyon manat toplayıb, daha Daha 3,9 milyon manat isə investisiya gəliri kimi əldə edilib.
Əvəzində sığorta ehtiyatlarının dəyişməsindən şirkət 6,9 milyon manat itirib.
2022-ci ildə «Atəşgah Həyat Sığorta»nın 40,2 milyon manatlıq xərclərinin 33 milyon manatı əsas əməliyyat xərcləri olub. Bundan 30,8 milyon manat sığorta ödənişləri, 1,1 milyon manatı qaytarılan sığorta haqları, təqribən 1 milyon manat isə təkrar sığortaya ötürülən risklər üzrə sığorta haqları olub.
2022-ci ildə «Atəşgah Həyat Sığorta» işlərin apaprılmasına 7,3 milyon manat xərcləyib. Nəticədə şirkətin maliyyə mənfəəti 10,6 milyon manat olub, 2,1 milyon manat mənfəət vergisi ödənişindən sonra şirkətin xalis mənfəəti 8,5 milyon manat təşkil edib.