Ölkənin həyat sığorta sektorunun əsas iştirakçılarından olan “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin bu ilin birinci yarısına olan maliyyə vəziyyəti məlum olub.
“Atəşgah Həyat Sığorta”nın mənfəəti 5 milyon manata çatır – HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə şirkətin gəlirləri 73,2 milyon manat olub. Şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 25,6 milyon manat və ya 54% artıb.
Gəlirlərin 60,1 milyon manatı əsas əməliyyat gəlirlərinin payına düşüb. Bu gəlirlər də öz növbəsində 2,9 milyon manatlıq artım göstərib.
Bundan başqa, investisiya gəlirləri 1,1 milyon manat (36,7%) artaraq 4,1 milyon manata, digər gəlirlər 195,1 min manata bərabər olub. Xalis sığorta ehtiyatlarının dəyişməsi şirkətə 8,7 milyon manat qazandırıb ki, bu da, ötən ilin eyni dövrünə nəzərən 21,8 milyon manat və ya 2,5 dəfə çoxdur.
Hesabat dövründə şirkətin xərclərinin həcmi 62,3 milyon manat təşkil edib. Bu, 2025-ci ilin birinci yarısındakı 39 milyon manatlıq xərcdən 23,3 milyon manat (59,7%) daha çoxdur.
Əsas əməliyyat xərcləri 23,4 milyon manat (68,6%) artaraq 57,5 milyon manata, digər xərcləri 46,2 min manat (67,5%) artaraq 117,6 min manata, işlərin aparılması xərcləri 132,2 min manat (2,7%) azalaraq 4,7 milyon manata bərabər olub.
Şirkətin vergidən əvvəlki mənfəəti 10,8 milyon manat, mənfəət vergisi xərci 2,2 milyon manat təşkil edib.
Yekunda bu ilin ilk yarısında sığorta şirkətinin xalis mənfəəti 8 milyon 644 min manata bərabər olub. Xalis mənfəət ötən ilin birinci yarısındakı 6 milyon 775 min manatdan 1 milyon 869 min manat və ya 28,6% daha çox olub.
Hesabat dövrünün sonunda “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin cəmi aktivlərinin həcmi 145,1 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünün sonuna nəzərən şirkətin cəmi aktivlərinin həcmi 5,4 milyon manat və ya 3,9% artıb.
Aktivlərin artmasının əsas səbəbi investisiyalara yatırımların artırılması olub. Belə ki şirkətin investisiyalarının həcmi son bir ildə 16,8 milyon manat artaraq 103,5 milyon manata yüksəlib. Bunun əvəzində pul vəsaitləri və onların ekvivalentlərinin həcmi 12,6 milyon manat azalaraq 34,1 milyon manata düşüb.
Bununla yanaşı, bu dövrün sonunda şirkətin cəmi öhdəlikləri 4,6 milyon manat (3,8%) artaraq 124,5 milyon manata çatıb. Sığorta ehtiyatları 1,6 milyon manat artaraq 115 milyon manata, kreditor borcları 1,4 milyon manat artaraq 6,4 milyon manata bərabər olub.
Nəticə olaraq bu ilin iyun ayının sonunda “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin cəmi kapitalı 20,6 milyon manat təşkil edib. Bu da, 2025-ci ilin iyun ayının sonuna olan göstəricidən 774,9 milyon manat və ya 3,9% daha çoxdur. Kapitalın 6,5 milyon manatı nizamnamə kapitalının, 13,7 milyon manatı bölüşdürülməmiş mənfəətin 0,4 milyon manatı yenidən qiymətləndirilmə üzrə ehtiyatların payına düşür.











![“Atəşgah Həyat” sığorta əməliyyatlarından altı ayda 60 milyon qazanıb – [red]MƏNFƏƏTDƏ 30%-LİK ARTIM[/red] | FED.az](/upload/news/small/2081968.jpg)
![“Atəşgah Həyat” sığorta əməliyyatlarından altı ayda 60 milyon qazanıb – [red]MƏNFƏƏTDƏ 30%-LİK ARTIM[/red] | FED.az](/upload/news/small/4299846.jpeg)
![“Atəşgah Həyat” sığorta əməliyyatlarından altı ayda 60 milyon qazanıb – [red]MƏNFƏƏTDƏ 30%-LİK ARTIM[/red] | FED.az](/upload/news/small/2315130.jpeg)
![“Atəşgah Həyat” sığorta əməliyyatlarından altı ayda 60 milyon qazanıb – [red]MƏNFƏƏTDƏ 30%-LİK ARTIM[/red] | FED.az](/upload/news/small/2012827.jpeg)
![“Atəşgah Həyat” sığorta əməliyyatlarından altı ayda 60 milyon qazanıb – [red]MƏNFƏƏTDƏ 30%-LİK ARTIM[/red] | FED.az](/upload/news/small/3776490.jpeg)









