“Atəşgah Həyat Sığorta” ASC-nin gəlirləri bu ilin birinci rübündə 30 milyon 128 min manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon 594 min manat və ya 94% artım deməkdir.
Bu dövrdə şirkətin xərcləri 24 milyon 396 min manat olub ki, bu da, illik müqayisədə 13 milyon 237 min manat (2,2 dəfə) çoxdur.
Hesabat dövründə şirkətin əməliyyat mənfəəti 5 milyon 731 min manat təşkil edib və bundan 1 milyon 146 min manat mənfəət vergisi ödəyib. Nəticədə şirkətin xalis mənfəəti 4 milyon 585 min manata bərabər olub ki, bu da, illik müqayisədə 1 milyon 85 min manat və ya 32,9% çoxdur.
Cari ilin mart ayının sonuna şirkətin cəmi aktivlərinin həcmi 152 milyon 539 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 3 milyon 501 min manat (2,3%) çoxdur.
Eyni dövrdə şirkətin cəmi öhdəliklərinin həcmi 132 milyon 360 min manat olub ki, bu da, ötən ilin sonuna nəzərən 2 milyon 609 min manat (2%) artım deməkdir.
Bu ilin birinci rübünün sonunda “Atəşgah Həyat Sığorta” ASC-nin cəmi kapitalı 20 milyon 179 min manat olub. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 893 min manat və ya 4,6% artım deməkdir.
























