Mayın 23-də "AtaSığorta" ASC-nin Səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.
“AtaSığorta” şirkətinin yığımları 2 milyon manatı ötdü – YIĞIM VƏ ÖDƏNİŞLƏR ARTDI
FED.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında keçiriləcək iclasda 2022-ci maliyyə ili üzrə İdarə Heyətinin hesabatı; 2022-ci maliyyə ili üzrə Direktorlar Şurasının hesabatı; 31 dekabr 2022-ci il tarixə bitən il üzrə müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı; "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin 2022-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi və digər məsələlər müzakirə ediləcək.
Səhmdarların Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış olmaq olar.
Əlaqə telefonu: (+994 12) 936; E-mail: [email protected].