Ölkənin tanınmış sığorta şirkətlərindən olan “AtaSığorta” şirkəti cari ilin yanvar-fevral ayları üzrə uğurlu maliyyə nəticələri ilə yadda qalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilin yanvar-fevral ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “AtaSığorta”nın peşəkar satış komandasının uğurlu fəaliyyəti nəticəsində şirkəti bu ilin ilk iki ayında 2,055 milyon manata yaxın sığorta haqqı toplayıb. Bu rəqəm isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 748 min manat və ya 57,2% çoxdur.
Hesabat dövründə şirkət sığorta hadisələri nəticəsində zərərçəkmiş müştəriləri də dəqqətdə saxlayıb. Belə ki, şirkət tərəfindən bu qəbildən olan müştərlərə ümumilikdə 544 min manat həcmində sığorta ödənişi verilmişdir ki, bu da cari ilin yanvar ayı ilə müqayisədə 251 min manat və ya 85,7% çox olub.
Sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun olaraq gecikdirilmədən, opertaiv qaydada həyata keçirilmişdir.