Azərbaycan sığorta bazarına yeni məhsullar təqdim etməklə fərqlilik yaradan “AtaSığorta” şirkəti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün Zərif Kasko adlı yeni məhsulunu təqdim edib.
Eləcə də bax: "Azərbaycan Sənaye Sığorta"dan - “Sağlam Kasko” Kampaniyası!
FED.az xəbər verir ki, məhsulu əldə edən müştərilərə avtomobilin dəyərinin 0.5% həcmində yanacaq hədiyyə olunacaqdır.
Qeyd olunan kampaniya mart ayının sonunadək qüvvədədir.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.