Azərbaycan Sənaye Sığorta ASC “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Sağlam Kasko” kampaniyasına başlayır. Kampaniya çərçivəsində KASKO sığorta məhsulunu əldə edən müştərilər “Check-up” hədiyyə qazanır.
“Sağlam Kasko” məhsulu əldə etməklə, xaricdə təminat imkanı, 0-manatdan başlayan azadolma, sənədlərin toplanması, sığorta haqqının hissələrə bölünməsi, şirkətə gəlmədən də sığorta şəhadətnaməsini almaq və s. kimi xidmətlərdən yararlanmaq mümkündür.
Qeyd edək ki, kampaniya mart ayının sonunadək qüvvədədir, bu fürsətdən həm xanımlar, həm də xanımları təbrik edən bəylər də yararlana bilər.
Azərbaycan Sənaye Sığorta şirkətinin kollektivi fürsətdən istifadə edərək qarşıdan gələn “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə bütün xanımları təbrik edir.
Kampaniya haqqında ətraflı məlumatı “Çağrı Mərkəzi”-dən (+99412) 404 13 03 və ya [email protected] ünvanına yazmaqla əldə etmək olar.