Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Atasığorta» şirkəti son 12 ayda baş verən sığorta hadisələri üzrə 6 milyon manata yaxın sığorta ödənişi edib.
Sığorta yığımları kəskin böyüyən- 4 ŞİRKƏT
FED.az xəbər verir ki, bu müddətdə şirkətdə sığortalı olan müştərilərlə bağlı 9837 sığorta hadisəsi baş verib.
Bu hadisələr üzrə 5 milyon 817 min manat ödəniş edilib.
Təqribi hesablamaya görə, «Atasığorta» hər ay 484 min manat sığorta ödənişi edir.
Ümumilikdə, «Atasığorta» şirkəti fəaliyyətə başlayandan bəri şirkət 192 min hadisə üzrə 71,7 milyon manat ödəniş edib.