“AtaSığorta” ASC-dən “Azərbaycan Sənaye Sığorta” şirkətinə daha bir transfer olub.
Eləcə də bax: "Ata Sığorta"nın yığımları - AZALIB
FED.az xəbər verir ki, “AtaSığorta”da Filiallarla İş Departamentinin direktoru vəzifəsində çalışmış Fərid Abdurahmanov fəaliyyətini bundan sonra “AzərbaycanSənaye Sığorta” şirkətində Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsi üzrə davam etdirəcək.
Qeyd edək ki, son vaxtlar “AtaSığorta”dan kadr axını başlayıb. Bu “AtaSığorta” şirkətindən “Azərbaycan Sənaye Sığorta” şirkətinə ilk transfer deyil. Belə ki, bir neçə gün əvvəl “AtaSığorta” ASC-nin Bakı Nümayəndəliyinin rəhbəri Nicat Əlibəyli də “Azərbaycan Sənaye Sığorta” şirkətinə keçmişdi.
@Abc.az