"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat olub.
"Azərpoçt"un rəhbəri işdən çıxdı - “PAŞA Kapital”a təyinat aldı
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının keçmiş sədri Orxan Bayramov təkrarsığorta şirkətinin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. O bu vəzifədə keçmiş bankir Asim Salamovu əvəzləyib.
Bununla da "AzRe"nin Direktorlar Şurası sədr Tokay Əlizadə ilə birlikdə üç nəfərdən ibarət olub.
Xatırladaq ki, Orxan Bayramov 2013-2017-ci illərdə ASA-nın sədri, 2017-2018-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi, 2018-2024-cü illərdə isə "BakıKart"ın operatoru - "K Group" MMC-nin direktoru vəzifəsində çalışıb. (Apa)















